top of page

BİZ 23 OKTYABR 2025-Cİ İL, CÜMƏ AXŞAMI GÜNÜ KEÇİRDİYİMİZ TƏDBİRDƏ AZƏRBAYCAN FİLİALIMIZIN 15 İLLİK YUBİLEYİNİ QEYD ETDİK

23 oktyabr 2025-ci il tarixində Fairmont Baku Otelində SBC Avtomatlaşdırma Sistemləri Sənaye və Ticarət A.Ş.-nin Azərbaycan Respublikasındakı filialının 15 illik yubileyini qeyd etdik. Dəvətimizə Azərbaycan və Türkiyədən sahə nümayəndələri, deputatlar, iş dünyasının tanınmış simaları, QHT nümayəndələri və media işçiləri qatıldı.

Tədbir Azərbaycan və Türkiyə milli marşlarının səsləndirilməsi ilə başladı. Daha sonra SBC Avtomatlaşdırma Sistemləri Sənaye və Ticarət A.Ş.-nin Azərbaycan nümayəndəliyinin müdiri cənab Serkan Kamer iştirakçıları salamlayaraq şirkətin 15 illik fəaliyyəti haqqında məlumat verdi. Kamer, SBC Avtomatlaşdırma Sistemləri-nin Azərbaycanda həyata keçirdiyi mühüm layihələrdən, əldə etdiyi uğurlardan və ölkəyə verdiyi töhfələrdən danışdı.

SBC Avtomatlaşdırma Sistemləri Sənaye və Ticarət A.Ş.-nin Baş Direktoru cənab Mustafa Dəgirmənci çıxış edərək qonaqları salamladı və Azərbaycan xalqını Qələbə Günü münasibətilə təbrik etdi. Mustafa Dəgirmənci, şirkətinin Azərbaycanda əldə etdiyi uğurlardan qürur duyduğunu bildirib və gələcəkdə daha böyük layihələr həyata keçirməyi hədəflədiklərini ifadə etdi.

  • LinkedIn Sosyal Simge
  • Twitter
  • YouTube
SBC Otomasyon Sistemleri Sanayi ve Ticaret Anonim Şirketi
Yukarı Dudullu Mh. Demirtürk Sk. No: 6 A P.K. 34775 Ümraniye / İstanbul / Türkiye
Tel.: + 90 (216) 339 91 51 
bottom of page